Ermənistan xüsusi təyinatlıları cəbhə xəttinə topladı

Ermənistanın müdafiə naziri növbəti dəfə militarist bəyanat verib.

Modern.az xəbər verir ki, erməni jurnalistlərin suallarını cavablandıran Tonoyan təmas xəttində Azərbaycan tərəfinin aktivləşməsinə cavab olaraq xüsusi təyinatlı qüvvələrin cəbhə xəttinə toplandığını açıqlayıb.

“Bizim də pilotsuz uçuş aparatlarımız təmas xətti boyunca uçur. Hazırda situasiya müəyyən qədər stabildir”.

Tonoyan Qarabağda təmas xəttinə xüsusi təyinatlı qüvvələr yerləşdiyini də açıqlayıb.