“Erməniləri Bakıya gətirənlər xalqın qarşısında cavab verəcəklər” – ANAR RƏSULLU

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın üzvü, Bakıda doğulan erməni Erik Xaçaturov yenidən Azərbaycana gəlib. Bakı üçün darıxdığını vurğulayan Erik Xaçaturov bir çox Bakı ermənisinin bura gəlmək arzusu ilə yaşadığını qeyd edib. Xatırldaq ki, Xaçaturov 2017-ci ildə də Bakıda olub.

Erik Xaçaturovun Azərbaycana gəlməsinə münasibət bildirən “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi sədrinin müavini Anar Rəsullu, ermənilərin Azərbaycana ayaq açmasına imkan verilməsinin və erməni əsilli müğənnilərin Azərbaycanda konsert verməsinə şərait yaradlmasının Qarabağın işğalını unutdurmağa xidmət etdiyini bildirib:

“26 ildir ki, Qarabağ və ətraf rayonlar, o cümlədən Qazax rayonunun bir neçə kəndi hələ də erməni terrorçularının işğalı altındadır. Paşinyan və erməni siyasətçiləri Azərbaycan ərazilərində dövlətimizi təhdid edib, xalqımızı aşağılamaqda davam edir. Belə bir vaxtda ermənilərin Bakıya gətirilməsi Qarabağın işğalını unutdurmağa xidmət edir. Zaman-zaman bu belə olub, ermənilər torpaqlarımızı işğal edib, Azərbaycanlılara qarşı soyqrımlar həyata keçirib, istədiklərinə nail olduqdan sonra, sapı özümüzdən olan baltalar xalqımızın başının altına yastıq qoyaraq, “barışığ”a sürükləyiblər. Bu gün də həmin proses davam edir. Erməni müğənnilərinin Azərbaycanda konsert vermələrinə şərait yaradanlar, erməniləri Bakıya gətirənlər Qarabağın unutdurulmasına xidmət edən, erməni baltasının sapı olan insanlardır” .

(Erik Xaçaturov)

Anar Rəsullu bildirib ki, torpaqlarımız azad edilmədən saxta sülh platformasına xidmət edənlər tarixə ləkəli insanlar olaraq düşəcəklər:

“Torpaqlarımız azad edilməyincə ermənilərlə bizim heç bir gediş-gəlişimiz ola bilməz. Azərbaycanlılarla ermənilərin üz-üzə gələcəyi yeganə yer döyüş meydanıdır. Şəhidlərimizin qanları üzərindən düşmən siyasətinə alət olan siyasətçilər tarixə ləkəli insanlar olaraq düşəcəklər. Gələcək nəsil bu adamları lənətləyəcək. Erməniləri Bakıya gətirənlər xalqın qarşısında mütləq cavab verəcəklər. Nə etmələrindən aslı olmayaraq, Azərbaycan xalqı erməni vəhşiliklərini unutmayacaq və Azərbaycanın ərazi bütövlüyünü mütləq bərpa edcək. O zaman erməni qardaşlığını təbliğ edənlər, qaçmağa yer axtaracaqlar”.