Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı…- FOTOLAR

27-ci ildir ki, işğal altında qalan Xocalı hava limanında 3-cü (“Artsakh Airfest”) hava festivalı keçirilib.
Sozcu.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, Ermənistan və xaricdən də qonaqların qatıldığı festivalda hava balonları, paraplan, yüngül mühərrikli təyyarə və vertolyotlarla uçuşlar keçirilib. Ancaq havaya bu dəfə qırıcılar qaldırılmayıb…
Erməni musiqi qrupları iştirakçılar üçün konsert də verib.

Xatırladaq ki, ötən ilki festivalda ermənilər Azərbaycan səmasına təlim qırıcıları qaldırmışdılar.(Moderator.az)