Erməni və bizim futbolçular

Cabir Turan Cəfərbəyli

Erməni İngiltərə Premyer Liqasında qol vurur,biz isə öz futbolçularımız haqda belə bir məlumat oxuyuruq:”Filan futbolçumuz Almaniyanın filanıncı regional liqasının 19-cu yerdə qərarlaşan klubun heyəti,o birisi 90-cı dəqiqədə oyuna girib.Filan oyunçumuz İspaniya sequndasında filan dəqiqə oynayıb.Türkiyə 1-ci liqasında oynayıb…”

Bu Mxitiryan dünya şöhrətli Şevçenkonun forma geydiyi Ukrayna çempionatının ən bahalı transferi olub,bir dövrədə ən çox qol vuran oyunçu olub.

Bu indinin dərdi deyilee,həmişə belə olub.Lap 90-cı illərdə bizim Dmitri Kramarenko Moskva klubları “Dinamo,”Torpedo”,OMİK-in,Vladiqafqaz “Alaniya”sının heyətində 10 il ərzində 87 oyun keçirəndə,ermənin Roman Berezovskisi tək “Zenit”-in heyətində 6 mövsümə 123 oyun oynadı və necə oynadı-MÜKƏMMƏL! Bizim Rasim Abışov,Emin Ağayev,Arif Əsədov.Tərlan Əhmədov v digərləri Rusiyanın aşağı liqalarında(istisna illərdə üst liqa) gün keçirəndə erməni Sarkis Ovsepyan “Zenit”də kapitan idi.

Bizim Qurban Qurbanov “Fakel”də,”Dinamo”Stavrapolda ara-sıra qol vurarkən sevincdən dəli olduğumuz illərdə erməni Petrosyan İsveçrədə “qan” eləyirdi.Bizimkilər istər ölkə xaricində yetişən, istərsə də xaricə yolladığımız futbolçular 2-3 aya üstümüzə qayıdanda ermənini Manuçaryanı, Movsesyanı. Xaçatryanı “Ayaks”.”Olimpiakos”kimi klublarda ad qazanırdı…

P.S. İstisnalar var:Vəli Qasımov,Nazim Süleymanov,Samir Əliyev,Kamal Quliyev…lakin bütün bunlar qısa sürdü,uzağı 4-5 il yüksək səviyyədə futbol oynadı,bizim bu sadaladığım futbolçularımız…