Erməni səfiri:“Vaşinqton başa düşdü ki, İran bizim üçün mühüm ölkədir”

Ermənistan İrandan daha çox qaz almağı planlaşdırır.
Bu barədə erməni səfiri Artaşes Tumanyan “İran-erməni əlaqələri: İmkanlar və çağırışlar” adlı tədbirdə çıxışı zamanı deyib. Xəbəri Iran Daily qəzeti yayıb. Onun sözlərinə görə, Yerevanda baş vermiş proseslər Ermənistanın xarici siyasətinə təsir etməyib.

Vaşinqtonun İranla əlaqələrini məhdudlaşdırmaq üçün Yerevana təzyiqlərinə gəlincə, səfir bildirib: “ABŞ Tehran və Yerevanın əlaqlələri ilə bağlı Ermənistanla danışıq aparıb. Onlar başa düşdülər ki, Tehranla əlaqələr bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Səfir Tumanyan Tehrandan enerji idxalını artırmağa hazır olduğunu deyib. Səfir Tehranla Yerevan arasında mal dövriyyəsinin həcmindən narazılıq edib. Onun sözlərinə görə, hər iki ölkə bu dövriyyəni 1 milyard dollara çatdırmağı məqsəd qoysa da bu göstərici 200 milyon dolları ötməyib.

Sozcu.az