Erməni Pənahəli xanın qalasında bayram etdi

Ermənilər “Ermənistan” adlanan Qərbi Azərbaycanda olduğu kimi, Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında da özlərinin milli, dini bayramı olan “Vardavar”ı qeyd ediblər.

Sozcu.az moderator.az-a istinadən xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, işğalçılar biri-birini çiləmək, suya batırmaqdan ibarət olan bu bayağı bayramlarını daha gur şəkildə Ağdam rayonunun işğal altındakı Şahbulaq ərazisində yerləşən Pənahəli xanın qalasında, Kəlbəcərdəki Xudavəng, Ağdərədəki Gəncəsar məbədlərində, Xocavənd rayonun Tək və Çartar kəndlərindəki qədim Azərbaycan abidələrində qeyd ediblər. Yalnız Pənahəli xanın qalasında 600 erməni bayram edib…