Erməni gülləsinin öldürə bilmədiyi qazini məmurlar uçuq daxmada çürüdür

Sozcu.az saytına Göyçay rayonu Şəkili kənd sakini 1-ci qrup Qarabağ müharibsi əlili Məmmədov Vaqif Alşan oğlu tərəfindən müraciət daxil olub.

Qarabağ qazisi müraciətdində yazır:

“Mən Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı sağ ayağımı itirib 1-ci qrup əlil olmuşam.Ailəliyəm himayəmdə 4 övladım var.Sağ ayağımın olmaması mənə çox əziyyət verir .Çünki evim qəzalı vəziyyətdə olmasına görə əziyyət çəkirəm.Evim çiy kərpicdən inşa edilib deyə hazırda aşılanıb qəzalı vəziyyətə düşüb.Birinci mərtəbəsi zirzəmi olduğu üçün iinci mərtəbədə yaşayıram.

Hər dəfə ikinci mərtəbəyə çıxıb düşəndə ayağımın olmamasına görə ço-çox əziyyət çəkirəm.Evim qəzalı vəziyyətdə olduğu üçün hər an uça bilər ki, buna görə həyat və sağlamlığımız ciddi təhlükə qarşısındadır.Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən pulsuz ev inşa edilib verilir ki, buna görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.Məndə 2012-ci il tarixdə ev növbəsindəyəm.Hazırda 12-ci növbədə mənəm.İstəyim və xahişim odur ki, mənim səhhətimi, evimin qəzalı vəziyyətdə olmasını, ayağımın olmamasını nəzərə alıb mənə bu il mənzil inşa edib versinlər.

İnanıram ki, Prezidnt cənab İlham Əliyev və Mehriban xanım Əliyeva mənim bu müraciıtimə müsbət cavab verib problemin həllində yaxından köməklik göstərəcəklər.Çünki biz Qarabağ müharibəsi əlillərinin yeganə ümüd yeri bu möhtərəm şəxslərdir”.