Erkin Qədirli feysbuk hesablnda mesaj bölümünü bağladı -İki ay çəkmədi

REAL İdarı Heeyətinin üzvü, deputat Erkin Qədirli öznün feysbuk hesabının mesaj bölümünü bağlayıb.

Sozcu.az xəbər verir ki, deputat bunu vaxt məhdudiyyətinə görə etdiyini bildirib:

“Dəyərli dostlar!

Səhifəmdə özəl yaşızma qutusunu bağlamalı oldum. Üzrlü sayın, çatdırmıram. Gün ərzində o qədər ismarış gəlirdi ki, onlara vaxtında cavab yaza bilmirdim. İsmarışların çoxu ətraflı cavab tələb etdiyindən, günlər öncə göndərilmiş ismarışlara cavab yazana qədər, yeniləri gəlirdi. Suallarınız və təklifləriniz, eləcə də tənqidləriniz mənim üçün önəmlidir (heç birisini unutmadım).

Bununla belə, bu işi daha səmərəli qurmaq üçün, deputat fəaliyyətimlə bağlı ayrıca internet sayt açmaq qərarına gəldim. Texniki işlər artıq görülür. O saytda Milli Məclisdə gördüyüm hər bir işlə (çıxışlar, təkliflər, müzakirələr, səfərlər, müsahibələr, səsvermələr və s.) bağlı məlumat ala, oradaca sual verə, təkliflərinizi göndərə biləcəksiniz”.

Çox sağ olun!

Facebook Comments