“Enfild”də fantastika – “Liverpul” finalda!

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Sozcu.az xəbər verir ki, yarımfinalın cavab matçında “Liverpul” “Barselona”nı qəbul edib. “Nou Kamp”dakı görüşdə “Barselona” 3 cavabsız qolla qalib gəldiyindən finala daha yaxın görünsə də, mersisaydlılar evdə 4 cavabsız qol vuraraq, fantastik geridönüş edərək, həlledici oyuna vəsiqə qazanıblar.

Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün “Ayaks” “Tottenhem”i qəbul edəcək.

7 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

23:00. “Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) – 4:0
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun – 0:3

8 may

23:00.”Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 1:0  (Qol.az)