“Energetika Nazirliyi rüşvətxorları qoruyur “ – Şikayət

“Azərişıq” ASC 4 ildir verdiyi texniki şərti icra etmir

“Azəriqaz” və “Azərsu” nə texniki şərt verir, nə də qaz və su

Əvvəllər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təbii inhisarçı kommunal xidmət qurumlarının hökmran mövqeyindən yararlanaraq qanunsuzluq etməsinə qarşı istehlakçıların hüquqlarının qorunmasını hüquqi yöndən həyata keçirirdi. Bir neçə ildir enerji sahəsində istehlakçıların hüquqlarının qorunmasıEnergetika Nazirliyinin (EN)və yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətlərinə verilib. Mərhum Natiq Əliyevin nazirliyi dönəmindəEN enerji istehlakçılarının hüquqlarını yetərincə yüksək səviyyədə qoruyurdu, ən azı, qanunvericiliyin tələbini işıq, qaz qurumlarına başa salırdı. Hazırda isə Energetika Nazirliyi enerji istehlakçılarını yox, “Azərişıq” ASC -nin, “Azəriqaz”ınqanunsuzluğuna, qanunda nəzərdə tutulmayan ödəniş tələb etmələrinəhaqq qazandırır. Özbaşınalığa baxın, Energetika Nazirliyinin 2 il öncə müavini (Samir Vəliyev) , 2 gün öncə isə yanındakı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəisi (vəzifəsini müvəqqəti icra edən SeymurHacıyev) rəsmi məktublarla bildirib(lər) ki, 1-ci DƏRƏCƏLİQARABAĞ QAZİSİBAZARDA QAZ PODRATÇISI “AXTARIB TAPMAQLA ” ÖZ HESABINA QAZ XƏTTİ ÇƏKMƏLİ, 2017-ci İLDƏ VERİLƏN TEXNİKİ ŞƏRTƏ GÖRƏ BİR İL SONRA – 2018-ci İLDƏ QƏBUL EDİLMİŞ QOŞULMA HAQQI ÖDƏMƏLİDİR! (?)

Bununla da iş bitmir, heç demə, vətəndaş istehlakçı 5 il qabaq qaz, işıq  (və su) xətti çəkilməsi üçün etdiyi müraciəti yenidən təkrar edib “ASAN xidmət”dən texniki şərt almalıdır . Bəyəm vətəndaş ildə bir dəfə texniki şərt almağa borcludur? Bir daha xatırladaq ki, 5 il qabaq Qarabağ qazisi bütün kommunal xidmət qurumlarına ərizə ilə müraciət edib bağ evinin su, qaz, işıq, rabitə və digər infrastrukturla təminatını diləyib. Qazilərin evlərinin sosial infrastrukturla təminatının isə dövlətin üzərinə düşməsini Energetika Nazirliyi, kommunal , nəqliyyat və rabitə xidməti qurumları bilməsələr də Nazirlər Kabinetinin, Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, ƏƏSMN -inbilməməsi mümkün deyil. Nə yazıq, hamı yaxasını qırağa çəkib və əlil-vətəndaş 30 il qabaq icarəsinə verilən Nardarandakı bağ evini nə tikə bilir , nə də işıq, qaz çəkilməsinə nail ola bilir. 5 il qabaq verilən ərizəyə yalnız “Azərişıq” ASC 03.04.2017 tarixli TMX-17/0375 saylı texniki şərt verib. Texniki direktor Z. M. Quliyevin imzaladığı texniki şərtdə yazılıb: “TƏLƏB OLUNAN GÜCÜ 8 KVT OLAN BAĞ EVİNİN ELEKTRİK TƏCHİZATININ TƏMİNİ ÜÇÜN … “SİP” ADLANAN 0,4 kV-LUQELEKTRİK VERİLİŞ XƏTTİNDƏN BUDAQLANMA yolu ilə YÜKƏ UYĞUN 1 kV-LUQ KABEL XƏTTİ ÇƏKMƏLİ” . Üzeyir bəyin tanınmış personajının sözü olmasın , 4 ildir bu texniki şərti dönə-dönə axıradək oxuyuram, amma hələ də başa düşə bilmirəm ki, 0,4kV-LUQ XƏTTDƏN NECƏ 1 kV-LUQ ENERJİ XƏTTİ GÖTÜRMƏK OLAR? ! Nə başbilən Energetika Nazirliyi, nə “Azərenerji” rəhbərliyi illərdir soruşsam da, cavab verməkdən imtina ediblər ki, “Azərişıq” ASC -nin işinə qarışmaq hüquqları yoxdur! (?)

Texniki şərti oxumağa davam edək , qırmızı xəttləyazılıb :

ELEKTRİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI”nın 7.9 BƏNDİNƏ ƏSASƏN FİZİKİ ŞƏXS OLAN İSTEHLAKÇILARIN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ VƏ ONLARIN QURAŞDIRILMASI “AZƏRİŞIQ” ASC -NİN HESABINA HƏYATA KEÇİRİLİR” .

BƏS NİYƏ HƏYATA KEÇİRİLMƏYİB VƏ 4 İLDİR HƏYATA KEÇİRİLMİR ?Bu suala növbəti “QIRMIZI CÜMLƏ” cavab verir :

“ELEKTRİK ŞƏBƏKƏSİ MÜASİR TEXNOLOGİYALAR TƏTBİQ EDİLMƏKLƏ DÜNYA STANDARTLARINA UYĞUN YENİDƏN QURULDUĞUNDAN ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMAQLA BAĞLI QURAŞDIRMA  İŞLƏRİ “AZƏRİŞIQ” ASC TƏRƏFİNDƏN HAZIRLANMIŞ LAYİHƏ -SMETA SƏNƏDLƏRİ ƏSASINDA İSTEHLAKÇILARINVƏSAİTİHESABINA“AZƏRİŞIQ” ASC TƏRƏFİNDƏN YERİNƏ YETİRİLƏCƏKDİR “.

Belə anlaşılır ki, qanun-qayda fiziki şəxslərin sayğaclarla təchizatını və onların quraşdırılmasınıxidmət qurumunun üzərinə qoyur, amma “Azərişıq” ASC “DÜNYA STANDARTLARINA UYĞUN OLARAQ “  istehlakçının üzərinə. Bərəkallah , belə “dünya standartlarına uyğun” “ CİBGİRLİK XİDMƏTİ”NƏ ! Hələ “Azərişıq” enerji  “qardaşı” “ Azəriqaz”ın, su idarəsinin yanında “toya getməlidir”, icra etməsə də, ƏDV ilə birlikdə  (?)202 manatlıq  texniki şərt verib; qaz və su idarələri heç onu da etmir axı!  Qaz xidməti gah bağda ev olmadığını bildirir , bunun istixanaya aid olmadığını deyəndə isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəis əvəzi yazır ki,  “bazardan qaz  (podratçısı) tapıb bazarlıq etmək”gərəkir . Bu isə açıq-aşkar xidmət qurumlarının özbaşınalığının qeyri-prosessual müdafiəsindən özgə bir şey deyil. Bu qeyri-prosessualilgiməhkəməyə də göstərilir və Bakı İnzibati Məhkəməsi  (hakim Fərid Mədətli) son bir ildə “Azəriqaz”ındiqtəsi ilə işə baxmaqdan imtina edir . “AZƏRSU” isə 2 ildir məhkəmə qərarını icra edib qeyri-yaşayış sahəsinə “quraşdırdığı” SMARTSUSAYĞACININ KARTINI VERMİR  (?) Belə xidmət olar?

Prezident hər çıxışında məmurların xalqa xidmət etməli olmasını və özünün də xalqın 1 saylı xidmətçisi olduğunu vurğulayır. Bəs bu xidmət qurumları və onlara nəzarət edən orqanlar niyə Prezidentin sözünü qulaqardına vurub ciblərinə xidmət etməyə üstünlük verirlər?

Məğrur Bədəlsoy

P.S. 18. 05.2018-ci ilə kimi qüvvədə olan “Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992 tarixli 284 saylı Prezident Elçibəyin imzaladığı qanunun 53 -cü maddəsinə əsasən, MALİYYƏ MƏNBƏYİNDƏN ASILI OLMAYARAQ ƏLİLLƏRƏ TİKİLƏN OBYEKTLƏR DÖVLƏT SİFARİŞİNƏ DAXİLDİR.

Facebook Comments