Emeri “Sevilya”ya qayıdır

“Arsenal”ın sabiq çalışdırıcı Unay Emeri “Sevilya”ya qayıda bilər.

Sozcu.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb. Əndəlüs təmsilçisinin hazırkı baş məşqçis Xulen Lopoteqi ilə vidalaşmaq və komandanın bir çox uğurunun memarı olan Emerini gətirmək fikrində olduğu bildirilir.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2013-2016-cı illərdə “Sevilya”nı çalışdırıb. Bu müddətdə komanda ardıcıl 3 il Avroliqanın qalibi olub. Emeri daha sonra PSJ və London “Arsenal”ını çalışdırıb.(Qol.az)

Facebook Comments