Elza Seyidcahanın xəstəxanadan görüntüləri yayıldı – “Mübarizəni sonadək davam etdirəcəyəm” – VİDEO

Əməkdar artist, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahanın xəstəxanadan görüntüləri yayılıb.

Sozcu.az-ın xəbərinə görə, o, xəstəxanadan Prezident İlham Əliyevə müraciət edib.

“Cənab Prezident siz çıxışlarınızda dəfələrlə şəffaflıqla bağlı məsələlərə toxunmusunuz, bildirmisiniz ki, Milli Məclisə əhalinin etimad göstərdiyi şəxslər seçiləcəklər. Amma şəffaflığın “ş” hərfindən belə, xəbərləri olmayan deputatlığa namizəd Sadiq Qurbanov və tərəfdarları saxtakarlıqlara əl atdılar. Xalqı dövlət başçısına qarşı niyə qaldırırlar? Biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirik. Sizin yolunuzda canımızdan da keçərik. Mən 2015-ci ildə də seçilmişdim, haqqımı yedilər. Mübarizəmi sonadək davam etdirəcəyəm” – o qeyd edib.

Facebook Comments