“Elza Seyidcahanı sildim, bir də barışmaram” – Növbəti qalmaqal

“Küsülü olduğum ifaçılara barışıq əli uzatmaram. Aygün Kazımova ilə aramızda soyuq küləklər əsdi. Nə o, nə mən çərçivələri aşmadıq. Barışığa yol var idi”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli “Lider maqazin”ə açıqlamasında deyib. Bir neçə gündür mərhum xalq artisti İlhamə Quliyevanın “taxt”ına oturacağı ilə bağlı xəbərlərlə gündəmə gələn ifaçı bu haqda sualları cavablandırıb.

Roza onun haqda “Heç kimə arzulamıram ki, o “taxt”da otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, otur öz yerində” sözlərini deyən əməkdar artist Elza Seyidcahandan küsdüyünü etiraf edib:

“Elə ifaçılar var ki, haqsız ola-ola özlərini haqlı göstərirlər. Hazırda beş müğənni ilə küsülüyəm və barışmaram. Beynimə qoydumsa, bir müğənni həyatımdan çıxdısa, çıxacaq. Şükür etsinlər ki, onların yolunu kəsmirəm, öz yoluna buraxmışam. Bu gün ulduz olan çoxunun sənətə gəlişində əməyim var.

Elza Seyidcahan İlhamə Quliyevanın “taxtı”na oturacağımla bağlı açıqlama verdi. Xətrimə dəydi, onu sildim. İnstaqramdan izləmədən çıxardım və heç vaxt da barışmayacam. İlhamə Quliyevanın yerini heç kim tutmaz, mənim öz yerim var”.(Axşam.az)