Elza Seyidcahan polisə müraciət etdi

Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib.
Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin adından sosial şəbəkədə yayılan şeir olub. Bu haqda Seyidcahan “Hər şey daxil” verilişində deyib. O bildirib ki, siyasi mövzuda şeir yazmır:

“Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Adımdan yazılan bütün şeirləri yayanları tapsınlar. Həmin şeirləri mən yazmıram. Özü də mənim adımdan siyasi xarakter daşıyan şeirlər yayırlar”.

Facebook Comments