Eltondan əməkdar artistə: “İnsanlar sizə qıcıq olur”

Müğənni Elton Hüseynəliyev ailəsi ilə birlikdə “Zaurla Günaydın” verilişinə qonaq olub.
Sozcu.az-ın məlumatına görə, sənətçi proqramda yer alan əməkdar artist Elza Seyidcahanın ünvanına gözlənilməz sözlər deyib:

“Bəstəkar kimi möhtəşəmsiniz. İfaçı kimi isə yaxşısınız. Siz ilhamla yazırsınız. Açıq deyirəm, inciməyin, efirdə olduğunuz kimi tanınmırsınız. İnsanlar sizə qıcıq olur. Bu da düzələcək. Əslində siz ürəyitəmizsiniz. İnsanlar var efirdə düşünüb danışır. Camaat elə bilir biz normalıq, amma yox, biz anormal insanlarıq.

Sənət aləmində kim necə insandır artıq bilirik. İllərlə efirdə insanların rəğbətini qazanan, ola bilsin ki, həyatda yaxşı biri deyil”.(Axşam.az)