Elşad Musayev: “Daha israrlı olsaq ölkədə cox şey dəyişəcək…”

Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev məsələyə münasibət bildirərkən qeyd edib ki, Əslində Azərbaycanda həm limit götürülməli, həm də əhaliyə satılan təbii qazın qiyməti iki dəfə aşağı salınmalıdır:

“Tarif Şurası ölkədə əhali qrupu üzrə təbii qazın istehlakına görə tətbiq edilən limitə yenidən baxıb və əvvəlki 1700 kubmetr həcmində limiti 2200 kubmetrə qaldırıb. Yəni əhaliyə bir il ərzində cəmi 50 manat güzəştə gedib.

Xoş görünsə də boş addımdır. Əslində Azərbaycanda həm limit götürülməli, həm də əhaliyə satılan təbii qazın qiyməti iki dəfə aşağı salınmalıdır. Sadə bir səbəbdən ki, ölkə neft-qaz ölkəsidir və son dövrlər proqnozlaşdırılandan da qat-qat artıq təbii qaz hasil edən quyular fəaliyyətə başlayıb, ölkəyə milyardlarla dollar vəsait daxil olur. Erməni kilsələrinə belə pulsuz təbii qaz verən hökumət öz vətəndaçlarına da gün ağlamaq, onlara çatacaq paydan pay vermək mükəlləfindədir.

Vətəndaşlarımız kövrək şəkildə güzəşt tələb etdilər 50 manat qazandılar. Daha israrlı olsaq ölkədə cox şey dəyişəcək…”

Sozcu.az