Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxış edib

SOA-nın Limada keçirilən 14-cü Zirvə iclasında çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov üzv ölkələrə Azərbaycanın təşkilata müşahidəçi statusu ilə yekdilliklə qəbul edilməsi qərarı üçün təşəkkürünü bildirib.

Bu barədə XİN-dən məlumat verilib.

Azərbaycanın Alyansın üzv ölkələri ilə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir, ölkəmizin enerji və nəqliyyat sahələrinin potensialı haqqında məlumat verib.

Nazir, regional sabitlik üçün əsas təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarını məlumatlandırdı və münaqişənin həlli istiqamətində böyük səylər sərf edən ölkəmizin eyni zamanda qlobal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib.

Xarici İşlər naziri Elmar Məmmədyarovun SOA-nın 14-cü zirvə görüşündə çıxışının tam mətni ilə http://mfa.gov.az/az/news/909/6247tanış ola bilərsiniz.

Qeyd edək ki, 2011-ci ildə Meksika, Kolumbiya, Peru və Çili tərəfindən təsis edilmiş SOA-da Avropa Birliyinin və Şimali Amerikanın aparıcı ölkələri daxil olmaqla 59 ölkə müşahidəçi üzv statusuna malikdir.

Qrup ölkələrinin toplam ümumi daxili məhsulu dünya iqtisadiyyatı siyahısında altıncı yerə malikdir.