Eldar Sabiroğlu Fuad Abbasova görə İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Hörmətli Prezident! Tanınmış jurnalist Fuad Abbasov ermənilərin fitvası ilə həbs edilərək. Moskva şəhər milisinin təcridxanalarından birində yerləşdirilmişdir. Vəkilinin açıqlamasına görə o, tutularkən möhkəm döyülmüş və ağır işgəncələrə məruz qalmışdır. Hansı cinayəti törətmişdir ki, onunla rus milisi bu cür davranış nümayiş etdirmişdir. Hazırda F. Abbasov üç gündür ki, təcridxanadadır. Birinci dəfə eşidiri ki, deport olan adamı qatı cinayətkar kimi təpiyin altında əzirlər. Fuad Türkiyə və Azərbaycan üçün Rusiyanın mərkəzi televiziyalarında təkcə canı ilə vuruşudu. Cəmiyyətimiz bu münasibətə görə çox hiddətlidi.

Hörmətli Prezident!

Sizdən xahiş edirəm, tezliklə məsələyə müdaxilə edərək Fuad Abbasovun azadlığa buraxılmasına köməklik göstərəsiniz. Buna hazırda çox ciddi ehtiyac duyulur və bu addım əhali tərəfindən böyük rəğbətlə qarşılanar.

Hörmətlə Eldar Sabiroğlu
21 may 2019