“Eldar müəllimin məktubu dəhşətli Azərbaycan reallığıdır” – Elşən Əlisoy

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib. E.Sabiroğlu bununla bağlı oğluna məktub yazıb. Həmin məktubu Rüfət Səfərov özünün feysbuk səhifəsində yayıb. Baş verən hadisəyə münasibət bildirən insanlar bu addımına görə Eldar Sabiroğlunu qınayıblar.

Sozcu.az saytının rəhbəri Elşən Əlisoy məsələyə münasibət bildirərkən, valideyinləri qınamamaq lazım olduğunu deyib:

Eldar Sabiroğlunun oğlu Rüfət Səfərova yazdığı imtina məktubunu oxudum. Dəhşətdir… Bu ailəyə hələ də bizə məlum olmayan təzyiqlər davam edir. Eldar müəllim bu rejimin içində olmuş adam kimi bunların çox dəhşətli işlər görmək bacarıqlarını bildiyi üçün məncə Rüfət bəyi qorumaq istəyir. Rüfət bəyin başına gətirilənlər bizim üçün bir başqa təsir, ata-anası üçün tamam başqa bir dəhşətdir. Mən Eldar müəllimi qınamıram. Onun cəsarəti bura qədərdir. Eldar müəllimdən qəhrəman obrazı yaratmaq da doğru deyil. Qəhrəman olsaydı, zamanında doğru yerdə olardı. Rüfət qəhrəmandır və Rüfət Eldar Sabiroğlunun övladıdır. Məncə Eldar müəllimin xalqa xidməti bəlli şərtlər altında Rüfət kimi dürüst övlad boyutməsidir.

Feysbukda bir video ilə rastlasmısdım. Ceyranın balası cayi keçmək istəyir. Timsah balaya hücum edir. Bu zaman kənarda olan ana özünü suya ataraq timsaha qarşı uzur, diqqəti üzərinə yönəldir və balası üçün özünü qurban verir. Valideyinləri qınamaq düzgün deyil məncə…

Eldar müəllimin məktubu dəhşətli Azərbaycan reallığıdır. Davam edir 37..

Onsuz da Eldar Sabiroğlu istəməsə belə , son nəfəsində “Rüfət” deyəcək …