“Elçibəyin xanımı cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi hörmət qazanıb” – YAP-çı millət vəkili

“Azərbaycan Respublikasının ikinci Prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı ailəsinə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Sozcu.az  xəbər verir ki, bi sözləri Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə söyləyib.

“Həlimə xanım özünü cəmiyyətimizdə əsl Azərbaycan qadını kimi tanıdıb və hörmət qazanıb.

Onun dəfninin təşklinin ölkə Prezidentimiz cənab İlham Əliyevin diqqətində olması, mərhumənin ailəsinə Birinci vitse-prezident hörmətli Mehriban xanımın başsağılı verməsi, dəfn xərclərinin Heydər Əliyev Fondunun öz üzərinə götürməsi bügünkü Azərbaycanın sivilliyini göstərir. Bir Azərbaycan qadınına olan hörmət kimi Həlimə xanımın Bakıda yas mərasimində iştirak edəcəyəm”.