Elçibəyin doğum günü cümhuriyyətçilər təşkilatlanma qərarı verdilər – Təşəbbüs qrupunun tərkibi

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əülfəz Elçibəyin doğum günü, 24 iyun-Türkçülük Günü münasibəti ilə keçirilən silsilə tədbirlərdən sonra, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin yenidən formalaşması üçün təşəbbüs qrupu yaradılıb.

Sozcu.az xəbər verir ki, bu barədə mərkəzin sədri Ceyhun Nəbi məlumat verərək bunları deyib:

Bu gün Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin yenidən təşkilatlandırılması və formalaşması istiqamətində təşəbbüs qrupu yaratdıq. Azərbaycanda respublikaçılıq dəyərlərinin bərqərar edilməsi və demokratik prinsiplərin cəmiyyətimizdə özünə yer etməsi üçün çalışacaq mərkəzimiz səmərəli şəkildə təşkilatlanmağı və daha geniş formatda iş görməyi özünün əsas məqsədi hesab edir. Cümhuriyyəti anlayanlar, onu dərkedənlər, onun uğrunda mübarizə aparanlar cəmiyyətə daha çox xeyr verə və cəmiyyətimizi ali dünyanın tərkib hissəsinə çevirə bilərlər. Cəmiyyətlər səmimi, insanlara dəyər verə bilən prinsiplərin üzərində daha güclü və inamlı görünür.

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi belə bir missyadan çıxış edir və qarşıya məqsəd qoyur. Güclü cəmiyyətimiz, güvənli dəyərlərimiz naminə geniş şəkildə təşkilatlanmağı qarşıya məqsəd qoymuş cümhuriyyətçilərə uğurlar arzu edirəm. Dəyərlərimiz və arzusunda olduğumuz CÜMHURİYYƏTİMİZ qalib gəlsin.

Sozcu.az təşəbbüs qrupunun üzvlərinin siyahısını təqdim edir:

1. Ceyhun Nəbi
2. Oqtay Gülalıyev
3. Nisəxanım Vəliyeva
4. Elmar Həsənli
5.Sərxan Carçı
6. Şirin Cəfəri
7. Cavid Şirəliyev
8. Ceyhun Səfərov
9. Elşən Əlisoy