“El Klasiko”: “Barselona” “Real”ı darmadağın etdi

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Sozcu.az xəbər verir ki, final uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər “Barselona” və “Real” komandaları qarşılaşıb. Oyun Kataloniya klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Bununla da Ernesto Valverdenin komandası finala vəsiqə əldə edib.

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda sabah “Valensiya” “Betis”i qəbul edəcək.

“Real” – “Barselona” – 0:3
Qollar: Suarez, 50, Varan, 69-avtoqol, Suarez, 73-pen.
İlk oyun – 1:1