Eks-deputat Poroşenkonun böyük səhvini açıqladı

Ukrayna Prezidenti Pyotr Poroşenko dindən siyasi məqsədləri üçün istifadə etmək istəyəndə yalnışlığa yol verdi.

Sozcu.az xəbər verir ki, bu sözləri keçmiş ukraynalı deputat Anna German yerli mediaya açıqlamasında deyib.

“Poroşenko seçkilər üçün Allahdan istifadə etmək istədi və Allah ona göstərdi ki, son necə ola bilər. Müqəddəs inancları siyasi məqsədlər konveyerinə qoya bilməzsiniz. Seçki nəticələri göstərdi ki, siyasi texnologiyada dindən istifadə yolverilməzdir”, – deyə German bildirib.(Axar.az)