“Efirə çimərlik geyimində çıxmaq olmaz”

“Mənə efir qadağası qoyulmayıb. Efirdə müğənniyə niyə qadağa qoyulur? Səhnə mədəniyyəti olmayanda və çağırılan hansısa tədbirə, çəkilişə saymazyanalıq edib gəlməyəndə. Çox təəssüflər olsun ki, bu gün bizim sənətçilərin əksəriyyətində efir mədəniyyəti yoxdur”.

Sozcu.az xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Əməkdar artist Ədalət Şükürov deyib.

O, sənətçilərin efir mədəniyyətindən söz açıb:

“İnsan gərək birinci özü-özünə senzura qoysun. Efirə çıxırsan sənət göstərməyə, kiməsə acıq verməyə çıxmırsan ki. Bunun üçün də bizdə Televiziya və Radio Şurası var. Əvvəl MTRŞ-nın fəaliyyətini hiss etmirdik, amma yeni təyinatdan sonra yavaş-yavaş canlanma hiss olunur.

Reytinq gətirir deyə efirə hər çəkilişi buraxmaq olmaz. Mən inanmıram ki, hansısa azərbaycanlı tamaşaçıya efirdə iki müğənnini söyüşməsi, davası ləzzət eləsin. Yaxud da kimsə anasının, övladının efirdə nümayiş olunan o tərbiyəsizlikləri izləməsini qəbul etsin. Efirə çimərlik geyimində çıxmaq olmaz. Biz azərbaycanlıyıq. Mentalitemiz var. Məsələn, şəhərdə şortik geyinmək olmur, o saat camaat adama qəribə baxır. Amma çimərliyə gedirsən, hamı şortikdədi, heç kim də fikir vermir. Hər yerin öz geyim tərzi var”.axşam.az

Facebook Comments