Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

Edama məhkum edilmiş azərbaycanlı alim Əhməd Rza Cəlalinin anası Nəcibə Mürtəzəvi “Azadlıq” radiosunun farsca bölümü “Radio fərda”ya müsahibə verib.

N.Mürtəzəvi oğlunun 50 gündür təkadamlıq kamerada saxlanıldığını, onun taleyindən xəbərsiz olduqlarını bildirib.

Oğlu ilə telefon danışığına, vəkilinin onunla görüçünə icazə verilmədiyini bildirən məhbusun anası, məsulların bunun nə zamana kimi davam edəcəyi barədə suallara cavab vermədiklərini söyləyib.

O, oğlunun sağ olub-olmadığından arxayın olmadığını, vəkilin iki dəfə məhkəməyə getməsinə baxmayaraq bu barədə dəqiq cavab ala bilmədiyini deyib.

Nəcibə Mürtəzvi müsahibənin sonunda bildirib: “Qoca ana kimi yalvarıram. Oğlumu uşaqları və həyat yoldaşına xatir azad etsinlər. Onlar yaxşı bilirlər ki onun heç bir günahı yoxdur”.

Xatırladaq ki, İsveç vətəndaşı olan Əhməd Rza Cəlali Tehran Universitetinin rəsmi dəvəti ilə İrana getmiş və 2016-cı ilin mayında həbs olunmuşdu. O, “düşmən dövlətlərlə işbirliyi və İsrailə casusluq yolu ilə ölkəyə qarşı müharibə” ittihamı ilə edam cəzasına məhkum olunub.

Facebook Comments