Düşmən postunu ələ keçirən qəhrəmanımız – Mahir Dadaşzadə onlarla hərbçi yoldaşını xilas edib – VİDEO

2-ci Qarabağ müharibəsində düşmənə qan udduran Azərbaycan ordusu tarixi zəfər qazandı. Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri də baş leytenant Mahir Dadaşzadədir. Mahir düşmən postunu ələ keçirib, döyüş meydanında şücaət göstərərək, onlarla hərbçi yoldaşını xilas edərək özünün də arzuladığı şəhidlik zirvəsinə yüksəlib. Füzuli istiqamətində düşməndən aldığı post hazırda onun adını daşıyır.

Vətəni yaşadan, onu daim uca edən qəhrəman oğullarıdır. Düşmən üzərində şanlı qələbədə izi olanlardan biri də baş leytnant Mahir Dadaşzadədir.

Mahir Füzuli istiqamətində gedən gərgin döyüşlərdə iştirak edib. O, uğurlu əməliyyat keçirərək düşmənin postunu ələ keçirməyə nail olub.

Mahir şəhid olana kimi şücaət göstərərək, 35 yaralı hərbçi yoldaşını neytral zonadan çıxarıb. Mahirin həyat yoldaşı Lalə Hüseynova deyir ki, qəhrəmanımız qisas hissi ilə yaşayırdı. O, bu günləri gözləyirdi ki, şəhid olmuş hərbçi yoldaşlarının qisasını alsın.

Döyüş meydanında qəhrəmanlıq göstərən Mahir Dadaşzadə ilə fəxr etdiyini deyən yaxınları bildirir ki, Mahir həmdə poeziya həvəskarı idi.

Qeyd edəki, Mahir Dadaşzadənin Füzuli istiqamətində düşməndən aldığı post hazırda onun adını daşıyır.

Facebook Comments