Düşmən Laçının işğalının ildönümünə hazırlaşır: Atəşfəşanlıq və daha nələr…

Ermənilər Azərbaycanın tarixi torpaqlarından olan Laçının işğalının 27-ci ildönümü lə bağlı bayram şənliklərinə hazırlaşır.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, düşmən Berdzor adlandırdığı Laçının işğalının ildönümünü bayram konserti, sərgilər və eləcə də fişəng atəşfəşanlığı ilə qeyd edəcək. İşğal edilmiş Laçın rayonunun bölgə rəhbəri olan Stepan Sarqsyan bu istiqmaətdə ciddi hazırlıqlar apardıqlarını söyləyib və hər kəsi bayram şənliklərinə dəvət etdiyini bildirib.

Məlumat üçün qeyd edək ki, ermənilərin “həyat yolu” adlandırdığı Laçın koridoru Qarabağı Xankəndi ilə əlaqələndirən strateji nöqtədir və bu səbəbdən də ermənilər üçün Laçın ərazisi hər zaman ikiqat əhəmiyyət kəsb edib.