Dünyanın ən təhlükəli ərzağı elan olundu – Erkən ölümün səbəbkarı

Amerika, Britaniya və Niderland alimlər qrupu 2 ildir davam edən böyük elmi araşdırmalarının nəticəsində dünyada həm ətraf mühitə, həm insana zərər verən və erkən ölümə səbəb olan ən təhlükəli ərzağı elan ediblər.

Medicina.az xəbər verir ki, 15 qrup ərzaq içindən qırmızı ət, yəni mal əti ən təhlükəli seçilib.

Bu ətin alınması üçün heyvandarlıq və istehsal təbiətə, ekologiyaya neqativ zərbə vurur.

Eləcə də erkən ölümə səbəb olmasına görə də liderdir. Qırmızı ət bədəndə iltihabı artırır, şiş hüceyrələrini aktivləşdirir, ürək-damar sistemini sıradan çıxarır, damarları tutur.