Dünyanın ən hündür göydələni Azərbaycan bayrağına büründü – FOTO

Dünyanın ən hündür göydələni sayılan Bürc-Xəlifə ötən gün Azərbaycan bayrağı rəngləri ilə işıqlandırılıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Dubayda yerləşən Bürc-Xəlifə 28 May – Respublika Günü ilə əlaqədar göy, qırmızı və yaşıl rəngə bürünüb.

Qeyd edək ki, 28 May – Respublika günü ilə əlaqədar İstanbul şəhərində olan Bosfor boğazının üzərindəki körpülər də Azərbaycan bayrağı rəngləri ilə işıqlandırılıb.

Facebook Comments