Dünyanın hərbi xərcləri 1,7 trilyona çatdı

Dünya ölkələri 2019-cu ildə silahlanma və müdafiə xərclərinin həcmini 4% artırıb.

Sozcu.az xəbər verir ki, bu məlumat Strateji Tədqiqatlar Beynəlxalq İnstitutunun hesabatında yer alıb. Ümumilikdə dünyanın hərbi xərcləri 1,7 trilyon dolları keçib.

Dünya ölkələri arasında müdafiə xərclərinə görə ilk yeri ABŞ tutub. Ondan sonrakı yerləri Çin və Səudiyyə Ərəbistanı tutub. Növbəti pillələrdə Rusiya, Hindistan, Britaniya, Fransa, Yaponiya, Almaniya və Cənubi Koreya qərarlaşıb.(Axar.az)

Facebook Comments