Dünyada nə qədər insan var?

BMT dünya əhalisinin sayını açıqlayıb.

Sozcu.az xəbər verir ki, qurumun baş katibi Antonio Quterreş yayımladığı hesabatda hazırda Yer kürəsində əhalinin sayının 7,7 milyard nəfər olduğunu bildirib. 2050-ci ilə qədər bu rəqəmin 9,7 milyarda çatacağı proqnozlaşdırılır.

Qeyd edilib ki, 2050-ci ildən sonra artım tempinin aşağı düşməsi ehtimal edilib. Əsrin ikinci yarımilliyində dünya əhalisinin cəmi 1,3 milyard artacağı və ümumilikdə 11 milyarda çatacağı gözlənilir.(Axşam.az)