Dünyada gəlir vergisinin olmadığı və ən yüksək olduğu 20 ölkə (SİYAHI)

Dünyanın bir çox ölkəsində dövlət büdcəsinə ödənilən vergilər arasında gəlir vergisi əhəmiyyətli yer tutur.

Sözcü.az xəbər verir ki,əksər ölkələrdə gəlir vergisi dərəcələri fərqli olur. Bəzi ölkələr gəliri çox olanlara daha yüksək, gəliri az olanlara isı daha aşağı vergi dərəcələri tətbiq edir.

Bəzi ölkələrdı isə ümumiyyətlə gəlir vergisi tətbiq olunmur. “tradingeconomics.com” portalında yer alan məlumatlar göstərir ki,hazırda dünyada 10 ölkə vətəndaşlarından gəlir vergisi almır.

Vətəndaşından gəlir vergisi almayan ölkələr bunlardı:
1. Baham adaları
2. Bəhreyn
3. Bermud adaları
4. Bruney
5. Kayman adaları
6. Küveyt
7. Oman
8. Qətər
9. Səudiyyə Ərəbistanı
10. Birləşmiş Ərəb Əmirlikləri

Aşağıdakı 10 ölkə isə dünyada ən yüksək gəlir vergisinin olduğu ölkələr hesab olunur:
1. İsveç – 61,8 %
2. Çad – 60 %
3. Fil Dişi Sahili – 60 %
4. Aruba – 59 %
5. Yaponiya – 55,9 %
6. Danimarka – 55,8 %
7. Avstriya – 55 %
8. Belçika – 53,7 %
9. Hollandiya – 51,7 %
10. Finlandiya – 51,6 %

Məlumat üçün qeyd edək ki, Azərbaycanda da fərqli gəlir vergisi tətbiq olunur. Azərbaycanda muzdlu işdən əldə olunan aylıq 2500 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən 20% vergi tutulur. Eyni zamanda qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan illik 30000 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. (Yeniavaz.com)

Facebook Comments