Dünya narahatdır: Bu müharibə başlasa…

ABŞ və İran müəyyən bir ortaq nöqtədə birləşib, danışıqlar aparmalıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Qətər əmiri Təmim bin Həməd əs-Sani deyib.

“Bu gərginlik çox davam etməməlidir. Bütün dünya iki ölkə arasında yaranmış gərginlikdən narahatdır. Bəzi ölkələr ABŞ və İran arasındakı durumu qaydaya salmağa çalışır. Biz də müəyyən cəhdlər edirik. Hamı bilir ki, konflikt qızışsa, bu, heç kimə fayda verməyəcək”, – Sani bildirib.