Dünya çempionumuzun qardaşı yol qəzasında öldü – Video

Boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev yol qəzasında ölüb.

Sozcu.az xəbər verir ki, Şamil Hacıyevin idarəetməsindən çıxan BMV markalı avtomobil əvvəlcə park edilmiş “Hyundai Sonata”ya sonra da havaya qalxaraq elektrik xəttinə çırpılaraq yanıb. Bu barədə “Vesti” qəzeti məlumat yayıb. Qəza Ukraynanın Odessa şəhərində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmadan sonra “BMV” hissələrə ayrılıb və parçaları 10 metrələrlə ətrafa saçılıb.

22 yaşlı sürücü Şamil Hacıyev və 33 yaşlı qadın sərnişin xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.(Axar.az)

Facebook Comments