Dünya çempionatında ilk dəfə KONKAKAF təmsilçisi finala yüksəlib

Qətərdə keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Sozcu.az -ın məlumatına görə, Amerika derbisində Şimali və Cənubi Amerikanın ən yaxşıları üzü-üzə gəlib.

Meksika təmsilçisi “Tiqres” Braziliyanın “Palmeyras” klubuna qalib gəlib. Andre Pyer Jinyakın 54-cü dəqiqədəki qolu matçın taleyini həll edib.

Bununla da çempionatın tarixində ilk dəfə KONKAKAF təmsilçisi finala yüksəlib. “Tiqres”in rəqibi “Bavariya” – “Əl-Əhli” görüşündə bəlli olacaq. Bu görüş fevralın 8-də keçiriləcək.apasport

Facebook Comments