“Dünya çempionatına vəsiqə qazanmaq istəyirik” – “Səbail”in qapıçısı

“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala yığmasına dəvət olunmayıb.

Sozcu.az xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlaşmasıdır.

25 yaşlı qolkiper Puerto-Riko ilə yanvarın 23-də və 26-da keçiriləcək yoldaşlıq görüşlərinə çağırılmayıb. O, ölkəsinin mətbuatına açıqlamasında hazırda bütün diqqətini “Səbail”in oyunlarına yönəltdiyini bildirib: “Daim milli komandanın üzvləri ilə danışıram. Komanda hər dəfə oynayanda mənə matçlar barədə məlumat verilir. Bu, mənim üçün çox vacibdir. Puerto-Riko ilə oyunlar FİFA-nın pəncərəsinə daxil deyil. Ancaq martdakı rəsmi qarşılaşmaları birlikdə qazanmalıyıq.

Bütün dünya koronavirusla mübarizə aparır. Hazırda mürəkkəb mərhələdə, həyatla ölüm arasındayıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyirik. Bunu bacarmaq üçün mübarizə aparmalıyıq”.

Facebook Comments