Dudayevin oğlu: Atam ölümündən öncə məni qaçırtdı

Birinci Çeçen müharibəsi zamanı Çeçenistanda atamla birgə olmuşam.

Sozcu.az xəbər verir ki, bunu Çeçenistanın əfsanəvi lideri Cövhər Dudayevin oğlu Deqi Dudayev bloger Tumso Əbdürrəhmanova açıqlamasında deyib.

“Atamın ölümündən bir neçə gün öncə məni gizli şəkildə Çeçenistandan göndərdilər. Bunu yaxınlarının köməyi ilə atam etdi. Başqa sənədlə – məni Bakıya, oradan da Türkiyəyə göndərdilər. Birinci Çeçen müharibəsindən sonra biz evə döndük və ikinci dəfə mən vətənimi 1999-cu ilin oktyabrında tərk etdim”, – deyə o bildirib.(Axar.az)

Facebook Comments