Duda seçilməsə, Polşa iflic olacaq – Moravetsk

Polşa Prezidenti Andjey Duda növbəti seçkidə uduzarsa, ölkə iflic ola bilər.

Sozcu.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Hökumətlə əməkdaşlıq edən prezident effektiv, konkret və sürətli hərəkət üçün vacib şərtdir. Biz əmin olduq ki, böhran şəraitində hakimiyyətlə əməkdaşlıq fundamental əhəmiyyət kəsb edir. Hazırda müxalifətin üstünlüyə sahib olduğu Senat mütəmadi olaraq hakim partiyanın hökmran olduğu aşağı palatanın qəbul etdiyi qanunların qəbulunu uzadır, ya da blok edir. Təsəvvür edək ki, belə bir vəziyyətə qeyri-konstruktiv prezident də dəstək verir. O zaman nə olardı? İflic”.

Facebook Comments