DTX-nın həbs etdiyi məmurların şöbələri ləğv edildi – YENİ TƏYİNAT

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsində bir sıra şöbələr birləşdirilib.

Sozcu.az-ın xəbərinə görə, idarənin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsi və konsulluq hüquq şöbəsi ləğv edilərək, yerində Konsulluq məsələləri şöbəsi yaradılıb.

Yeni yaradılan şöbənin rəisi vəzifəsinə Əli Qarayev təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyat zamanı Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

26 sentyabrda Səbail rayon Məhkəməsində N.Abdullayev və İ.Əliyevin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətə baxılıb və hakimin qərarı ilə hər iki şəxs ev dustaqlığına buraxılıb.Mediapost

Facebook Comments