DSX-nin hərbi qulluqçusu zəhərləndi

Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.

DSX-nin Mətbuat Xidmətindən Sozcu.az-ın verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib. FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas etmişdir.

Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda onun vəziyyəti yaxşıdır.

Facebook Comments