Dövlət bayrağı qaldırılarkən dövlət himninin ifasına dair prosedur müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik dövlət himninin ifa edilməsi ilə bağlıdır. Beləliklə, Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

Facebook Comments