Dövlət Baxçalı: “HDP-nin qapadılmasını istəyirik”

“Biz Xalqların Demokratik Partiyasının (HDP) qapadılmasını istəyirik. Bu qərarımızın arxasındayıq. Maliyyə yardımlarının terror təşkilatlarına getməsini, PKK-çıların Türkiyə parlamentində olmasını istəmirik”.

Bunu Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) iclasında partiyanın sədri Dövlət Baxçalı deyib.

MHP sədri bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) HDP-nin sabiq sədri Səlahəddin Demirtaşın həbsdən azad edilməsi ilə bağlı qərarını Türkiyə tanımır.

“Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqsızdır. Türkiyə məhkəmələrinə həqarəti rədd edirik. AİHM bu məsələyə ikili standartlarla yanaşıb”, – deyə o vurğulayıb.(APA)

Facebook Comments