“Dövlətin güc sturukturları qiyamçıların törətdikləri cinayətləri sadəcə müşahidə edirdilər”-Bəybala Əbil-FOTO

BƏYBALA ƏBİL
Bakı şəhəri, Qaradğ rayonunun sabiq icra hakimiyyəti başçısı,KXCP Ali Məclisinin sədri

4 iyun 1993-Qaradağ rayonu (Bakı şəhəri)

4 iyun 1993-cü il hərbi qiyamı-Azərbaycan tarixinin qara səhifəsi. Bu qara səhifəni tariximizə Rusiya, mövcud iqtidar, bunlara maşalıq edən bəzi xarici dövlətlər və surət-rəhim-… cinayətkar dəstələri yazdılar. Həmin fəlakətli tarixin canlı şahidləri və birbaşa iştirakçılarının əhəmiyyətli hissəsi (hansı tərəfdə olmalarından asılıı olmayaraq) hazırda yaşayırlar. Hesab edirəm ki, həmin tarixdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətində təmsil olunan hər bir vəzifəli fəalyyət göstərdiyi sahədə baş verənləri yazmalı və əlində olan sənədlərlə birlikdə ictimaiyyətə təqdim etməlidir.

4 iyun 1993-cü il hərbi qiyamı zamanı Bakı şəhərinin Qaradağ rayonunda baş verən hadisələr:

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsi, nəhayət 7 iyun 1992-ci ildə ilk demokratik seçkilərlərlə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin ölkə prezidenti seçilməsi ilə Azərbaycanda faktiki və hüquqi olaraq Sovetlərə son qoyulmuşdur. Xalqımız coşquyla yenicə yaranmış gənc dövlətin quruculuğu ilə bərabər, iqtisadiyyatın bərpa edilməsi, ordu quruculuğu, torpaqlarımızın düşmən işğalından azad edilməsi, dövlətimizin beynəlxalq aləmdə tanınması və digər istiqamətlərdə uğurlu işə başlamışdı.
Gənc dövlətin uğurları xarici və daxili düşmənləri narahat edirdi. Sovet iqtisaqdi sisteminin dağılması, bəzi qonşu dövlətlərin düşmən münasibətləri problemlər yaratsada xalq ruh yüksəkliyi ilə yenicə bərpa edilmiş dövlətin quruculuğunda əlindən gələni edirdi.
Müharibə şəraiti, qərb rayonlarda düşmənin basqıları altında yaşayan yerli əhali, ölkənin bütün şəhər və rayonlarına qaçmış yüz minlərlə qaçqın və köçkün ailələri mərkəzi hakimiyyət kimi yerli hakimiyyət orqanlarını çox çətin vəziyyətə salmışdı. Bütün bunlara baxmayaraq yerli hakimiyyət orqanları rayon ərazindəki müəssisələrin normal fəaliyyət göstərməsi və əhalinin narahatlığını minumuma enduirmək üçün mümkün olanı edirdi. Təsadüfi deyildir ki, AXC hakimiyyəti dövründə müstəqilliyi yenicə elan edilmiş respublikada və o cümlədən Qaradağda təbii olaraq bəzi problemlərin olmasına baxmayaraq əhali tərəfindən heç bir sosial narazılıq hiss edilmir, kiçikdə olsa etiraz aksiyası keçirilmirdi.
Lakin, 1992-ci ilin axırlarından sovetlərdən qalma partiya nomenkulturası qalıqları, bəzi “kommunist təfəkkürlü” müəssisə rəhbərləri, Rusiya və bu kimi ölklərin pozucu qüvvələri rayon ərazisində fəallaşmağa başladılar. Bu desturiktiv qüvvələr mövcud hakimiyyətə qarşı təbliğat aparır, hətta bəzi kollektivlərin rəhbərləri pozuculuq fəaliyyəti aparmaqdan çəkinmirdilər. Qaradağ rayonun bir neçə müəssisəsində (Avtobus nəqliyyatı idarəsi (V.Barxudarov), Ələt avtobus təmiri zavodu (A.Məmmədov), Elektruik Məişət Cihazları zavodu (“Elektropribor”)) məqsədli problemlər yaradılırdı. Belə problemlər adətən müəssisənin fəaliyyətinə kənardan müdaxilə etməklə yaradılırdı. “Elektropribor” zavodundakı narahatlıqlar Rəhim Qazıyevin qanunsuz “prikazla” “kollektivin xahişinə əsasən” zavodu Müdafiə Nazirliyinin balansına keçirilməsi ilə başlamışdı.
Lakin, 1993-cü ilin 4 iyununda Gəncədə başlanan hərbi qiyam yerlərdəki desturiktiv qüvvələridə fəallaşdırsada rayon ərazisində sabitlk qorunub saxlanılırdı. Dövlət orqanları sabitliyi və asayişi qoruyur, əhali sayıqlğını itirmirdi. Hətta, Gəncədə başlanan hərbi qiyama qarşı qəsəbələrdə (Qobustan və …) əhalinin etiraz aksiyaları keçirilirdi.
Bütün bunlara baxmayaraq, hərbi qiyam rayon ərazisindəki desturiktiv qüvvələri və cinayətkar dəstələri hərəkətə gətirdi. Onlar rayon ərazisində və əhali arasında pozuculuq fəaliyyətlərinə cəhd edə bilməsələrdə qiyamçılarla əlaqələr yaradır, onları rayonlara dəvət etməkdən çəkinmirdilər.

Xankəndinin yaxınlığından döyüş mövqelərini tərk edərək ermənilərlə döyüşdən qaçan surətçi qiyamçılar ağır silahları Gəncədən Bakıya çevirərək Navahıya (Hacıqabul rayonu) qədər gəlib çıxmışdılar.
Artıq Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini İkram Zeynalov öldürülmüş, Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilmişdi. Bütün bunlara baxmayaraq Qaradağ rayon icra hakimiyyəti, rayon icra sturukturları fəaliyyət göstərir, əhalinin təminatı və təhlükəsizliyi ilə bağlı fəaliyyətlərini davam etdirirdilər.
Navahıdakı ağır silahllarla silahlanmış qiyamçılar artıq birbaşa ölkəninin paytaxtı Bakı şəhərinn qərbdən birinci rayonunu – Qaradağı təhlükələrlə üz-üzə qoymuşdu. Müdafiə Nazirinin müavini general mayor Vahid Musayevin başçılığı ilə qiyamçıların Bakıya daxil olmasının qarşısını almaq üçün Qaradağ ərazisində müdafiə sistemi yaradılmışdı. Qaradağ rayonundakı hərbi hissələr və digər müdafiə qurumları vasitəsiylə qiyamçıların qarşısını almaq məqsədi ilə müdafiə sistemləri qurulmuşdu. Yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün hər gün rayonun ərazisini (Navahıya qədər) gəzir, dövlət sturukturlarının fəaliyyətini nəzarətdə saxlayır, əhali və hərbi hissələrin komandirləri ilə görüşürdüm. Hərbiçilərimizdə qiyamın qarşısını almaq üçün qətiyyətli mövqe hiss olunurdu.
Hərbiçilərimizin qiyamçılara qarşısını almaq üçün hərəkətə başlayan gün Navahı kəndinin yaxınlığında Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevlə ratslaşdım. Vəziyyət haqqında ümumi söhbətimiz oldu. Qeyd etmək vacibdir ki, Fərəc Quliyev mənim sorğuma rəğmən söylədi ki, baxmayaraq ki, bu gün burada dövlətin taleyi həll edilir Müdafiə Naziri Dadaş Rzayevi tapmaq mümkün deyil, hardasa gizlənib, heç bir telefona cavab vermir. O, həmçinin bu saatlarda hərbiçilərimizin qiyamçılara qarşı hərəkətə başlayacağını və əməliyyat keçiriləcək ərazidən vaxtında çıxmağın lazım olduğunu dedi.

20 iyun (bazar günü):

Surətin Navahıda dayanın qiyamçıları Səddam (Surətdin) və Tacir adlı komandirlərin başçılığı ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisinə daxil oldular.
Həmin gün İki qiyamçı Dövlət Avtomobil Müfəttişliyinin (QAİ) xidməti maşınında (avtomobil müfəttişinin iştirakı ilə) Ələt qəsəbəsində icra hakimiyyəti nümayəndəliyinə hücum ediblər. Nümayəndəliyin qarşısında avtomat silahla bir nəfəri öldürüb, digərinin avtomobilini götürüb qaçıblar. Hərbi qiyamçılar DAM-nin xidməti maşınında üç nəfər olub: 2 qiyamçı və DAM-nin müfəttişi.
Həmin gün axşamüstü Qaradağ rayon polis iarəsi rəisinin müavini qəbuluma gələrək rayon ərazisinə daxil olan iki qiyamçı batalyon komandirinın mənimlə görüşmək istədiyini bildirdi. Mən görüşə razılıq verdim. Axşam saat 22.00 radələrində qiyamçı komandirlər Surətdin (“Səddam” ləqəbli) və Tacir adlı iki nəfər polislə birlikdə mənim yanıma gəldilər. Mənə dedilər ki:
-Bizim iki batalyon silahlı adamımız. Biz bilirik ki, sizində silahlı dəstəniz var. Siz adamlarınıza tapşırın bizimkilərə qarşı silahdan istifadə etməsinlər. Bizimkilərdə rayon ərazisində heç bir qanunsuz hərəkətə yol verməyəcəklər. Məsələlər yuxarı səviyyələrdə həll olunur. Söz veririk ki, biz Qaradağ rayonun ərazisində heç bir qeyri-qanuni hərəkətə yol verməyəcəyik.
Mən onlara dedim:
-Axı sizin adamlar Ələt qəsəbəsində bir nəfəri öldürüb, digərinin avtomibilini oğurlayıb və başqa cinayətlər törədirlər.
Boyunlarına almadılar, rayon ərzisində törədilmiş cinayətlərdən guya bunların xəbərləri yoxdur. Mənim isə hüquq-mühavizə orqanlarından başqa heç bir silahlı dəstəm yox idi. Hüquq-mühavizə orqanlarıda öz vəzifə borclarını icra etmirdilər.
21 iyun:
Səhər mən evdəykən mənə telefon açaraq dedilər ki, bir neçə qiyamçı Sahil qəsəbə nümayəndəliyinə gəliblər və nümayəndəliyi boşaltmaq tələb edirlər, polislər heç bir şeyə müdaxilə etmirlər. Mən özüm Sahil qəsəbəsində yaşayıram. Zəng gələn kimi xidməti maşınla qəsəbə nümayəndəliyinə getdim, qəsəbə nümayəndəliyini silahlı quldurlarla üz-üzə qoya bilməzdim. Orda çoxsaylı silahlı qiyamçılar vardı. Mən onlara ötən gecə yanıma gələn komandirləri ilə olan söhbət və razılaşma haqqında məlumat verdim və dövlət orqanına silahlı basqının yolverilməz olduğunu izah etdim. Lakin, onlarla söhbət heç bir nəticə vermədi. Bir neçə silahlı avtomat silahları üzərimə qaldıraraq mənim xidməti maşında oturmağımı tələb etdilər və məni Gəncəyə gətirdilər. Gəncədə bir hərbi hissənin (sonradan öyrəndim ki, 709 saylı hərbi hissədir) həyətində bir binanın zirzəmisinə saldılar. Az keçmədi bir zabit gəldi. Deyinə-deyinə qapını açdı və özünü təqdim etdi. Məlim oldu ki, bu adam 709-un komandiri Eldar Əliyevdir. Məni buraya gətirənlərin ünvanına danışa-danışa məni zirzəmidən çıxardıb kabinetinə apardı. Üzrxahlıq edərək dedi ki, bir az gözləyin maşınınızı gətirsinlər sizi yola salarıq gedərsiniz. Gecə yarısına kimi o kabinetdə onunla oldum. Yanında Nurcahan adlı telexranitel və iki mülki şəxsdə vardı, biri müəllim idi. Tez-tez Dövlət Avtomobil Müfəttişliyinə telefon açaraq mənim xidməti maşınımın tapılıb gətirilməsini tələb edirdilər. Nəhayət razılaşdıq ki, mən gedim, maşını sonra tapıb göndərəcəklər. Axşam saat 11.00 radələrində yanımızdakı iki mülki şəxs məni maşınlarında dəmiryol vağzalına gətirdilər. Məni orada düşürüb qayıtdılar. Qatar olmadı. Gecə yarı olmuşdu. Gəncənin küçələri boş idi, maşın tapmaq mümkün deyildi. Məndə Gəncəni yaxşı tanımırdım. Çətinliklə avtomobil yoluna çıxıb 22 iyunda Qaradağa qayıtdım.

23 iyunda işə çıxdım.
24 iyunda səhər tezdən evimə zəng edərək dedilər ki, qiyamçılar İcra hakimiyyətinə silahlı basqın ediblər və bir cəbhəçini (köməkçim Qurbanxan Hüseynovu) aparıblar. Qiyamçılardan bir neçəsi Ticarət şöbəsinin müdirini otağından çıxarıb onun otağında oturublar və Təcili tibbi yardım maşınını gətizdirib özlərinə narkotika vurdururdular. Əvvəllər yarıtmaz işinə görə işdən qovulmuş Elxan İgəndərovu icra hakimiyyəti başçısının stolunda otuzdurublar. Elxan İsgəndərov Mütəllibovun vaxtından Qaradağ rayon icra hakimiyyəti başçısının ticarət məsələləri üzrə müavini olmuşdu. O, yarıtmaz fəaliyyətinə görə vəzifəsindən uzaqlaşdırmışdı. AMİP-in üzvü idi. Yuxarıda qeyd etdiyim kimi, hərbi qiyamçıları yerlərdəki mafioz-cinayətkar dəstələr dəstəkləyir, onlara bələdçilik edir və onların təbliğatını aparırdılar. Rayonda qiyama dəstək verən müəssisə rəhbərləri Barxudarov (Avtobus nəqliyyatı idarəsi), Novruz (Neft Kəmərləri İdarəsi) qiyamçıların rayon icra hakimiyyətinə basqınında iştirak etmişdilər. Lökbatan məscidinin axundu basqınçılara etiraz edib.
Elxan İsgəndərov 1993-cü ilin iyunun 24-də qiyamçılar tərəfindən silahlı basqınla Qaradağ rayon icra hakimiyyəti başçısı kreslosuna otuzdurulmuş, AR Milli Məclisinin sədri Heydər Əliyev tərəfindən 10 avqust 1993-cü il tarixində rayon icra hakimiyyəti başçısı təyin edilməklə qiyamın Qaradağ rayonundakı nəticələrini rəsmiləşdirilmişdir. (Qaradağ qəzeti, 16 avqust 1993-cü il. № 12-13 (198-199). Həmin günlərdə Adil Əliyevi (Ələt avtobus təmiri zavodu) və YAP-çı Yaqub Əliyevi müavin təyin edilmişdir. 1995-ci il oktyabr hadisləri vəziyyətə dəyişiklik yaradaqcaqdı.

Artıq silahlı qiyamçılar Bakı şəhərinin mərkəzinə daxil olmuşdular. Həmin gün Etibar Məmmədovun Milli Məclisdə təklif etdiyi qərar layihəsi qəbul olundu və yetmiş ildən sonra keçirilən ilk demokratik seçkilərlə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Əbülfəz Elçibəyin səlahiyyətlərinə qiyam yolu ilə son verildi.

25 iyun:
Rayonda baş verən cinayətlərlə bağlı Bakı şəhər İcra hakimiyyəti, Bakı şəhər Baş Polis idarəsinə və Bakı şəhər Prokurorluğuna yazılı müraciət etdim. Müraciətləri qeydiyyatdan keçirtdim.
Bakı şəhərinin rayon icra hakimiyyəti başçılarının əksəriyyəti Azadlıq qəzetinin redaksiyasında istefa vermələri ilə bağlı mətbuat konfransı keçirtdilər.

Qiyamçılar rayon ərazisində törətdikləri cinayətlər:
– Qaradağda bütün qəsəbə nümayəndəliklərinə basqın ediblər:
1) Ələt qəsəbə nümayəndəliyinə Dövlət Avtomobil Müfəttişliyinin xidməti maşınında (müfəttişlə birlikdə) silahlı basqın ediblər və orada AXC üzvü olduqlarına görə Elxan Dəmirovu qətlə yetiriblər, Yaqub Vahidovun “Jiquli” markalı maşınını aparıblar.
2) Qobustan qəsəbə nümayəndəliyinə silahlı basqın ediblər və qəsəbə nümayəndəsi Əlikiram Zülfüqarovu (AXC üzvü) və İlqar Qurbanovu (AXC üzvü) aparıblar,
3) Sahil qəsəbə nümayəndəliyinə silahlı basqın ediblər. Nümayəndəliyə gələn Qaradağ rayon İcra hakimiyyəti başçısı Bəybala Əbili (xidməti maşınında) Gəncəyə aparıblar. Elxan Xəlilovu bir neçə cəbhəçini aparıblar. Gecə yarı yetmiş yaşlı ağsaqqal Səməd dayının evinə basqın ediblər və basqının səbəbini onun AXC üzvü olması ilə əlaqələndiriblər. Səməd dayı onlara həqiqətən AXC üzvü olduğunu və bununlada fəxr etdiyini söyləyib.
– Bəzi qəsəbə nümayəndələrini tutub aparıblr
– AXC Qaradağ rayonundakı qərargahına basqın edərək avtomat silahlarla pəncərələrini və qapısını qırıblar. Laki, qapı dəmirdən və pəncərələr dəmir setlakı olduğu üçün qərargahın içinə girə bilməyiblər (şəkil əlavə olunur).
– çoxsaylı avtomobilləri oğurlayıblar,
– əllərinə düşən cəbhəçiləri tutub müxtəlif cəza veriblər.
– İcra hakimiyyətinə silahlı basqın hucum ediblər: Rayon İcra hakimiyyəti başçısının köməkçisi Qurbanxan Hüseynovu aparıblar. Ticarət şöbəsinin müdirini otağından çıxarıb onun otağında Təcili yardım maşınını gətizdirib özlərinə narkotika iynələri vurdurublar. Əvvəllər yarıtmaz işinə görə işdən qovulmuş Elxan İgəndərovu icra hakimiyyəti başçısı “təyin ediblər”.

Dövlətin güc sturukturları qiyamçıların törətdikləri cinayətləri sadəcə müşahidə edir, vəzifə borclarını minumum səviyyədə icra etmir və hətta bəzi hallarda qiyamçılarla birlikdə fəaliyyət göstərirdilər. 
-Daxili İşlər Nazirliyinin Qaradağdakı sturukturları və əməkdaşları:
-Qaradağ rayonunda qiyamçılar başda İcra hakimiyyəti olmaqla dövlət orqanlarının yerli sturukturlarına hücum edərkən heç bir polis müqavimətinə rast gəlinməyib.
-Qaradağ rayon icra hakimiyyətinin və digər dövlət orqanlarının binaları polis tərıfindən mühavizə edilirdi (polis idarəsi birbaşa icra hakimiyyətinin yanında idi.)
-icra hakimiyyətinin bütün qəsəbələrindəki nümayəndəliklərinə basqın edilmiş, bir neçə qəsəbə nümayəndəsini tutub aparmışlar
-Ələt qəsəbə nümayəndəliyinə hücum edərək Elxan Dəmirovu öldürən batalyon komandiri (Surətdin Səfərov) Dövlət Yol Polisi əməkdaşı ilə birlikdə onun xidməti maşınında nümayəndəliyə hücum edib.
-Müdafiə nazirliyinin Qaradağdakı hərbi hissələrindəki (Ələt, Sanqaçal, …) bəzi hərbiçilər qiyamçıları sevinclə, alqışlarla qarşılayırdılar.
– Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ şöbəsi Rayon İcra hakimiyyəti ilə heç bir əlaqə saxlamır, qiyamçıların rayondakı cinayətkar fəaliyyəti ilə bağlı heç bir
məəlumat vermirdilər;
Qiyama müqavimət göstərən yalnız AXC üzvləri idi. Bu səbəbdən qiyamçı cinayətkarlar dövlət sturukturlarında fəaliyyət göstərən və heç bir vəzifə daşımayan sıravi AXC üzvlərinə qarşı hər cür cinayətlər (qaçırdır, döyür, öldürür və hər cür ağıla gəlməz təzyiqlər) törədirdilər.

Azərbaycan Xalq Cəbhəsi Qaradağ rayon şöbəsi Ələt dayaq dəstəsinin üzvləri (sədr Elxan Dəmirov və Yaqub Vahidov) qiyamçıların qəsəbə nümayəndəliyinə hücumlarını eşitdikdə Y.Vahidovun şəxsi avtomobilində nümayəndəliyə gəliblər. Qiyamçılardan biri əli silahlı Dövlət Avtomobil Müfəttişliyi (DAM-QAİ) xidməti maşının yanında dayanıb, digəri həmin avtomobilin içərisində kefli vəziyyətdə oturubmuş. Cəbhəçilər nümayəndəliyin qarşısında maşını saxlayıb düşərkən DAM maşının yanında dayanan əli silahlı qiyamçı avtomat silahdan atəş açaraq Elxan Dəmirovu vurub. Sonra silahı Yaqub Vahidova qaldıraraq maşının açarını tələb edib. Y.Vahidov açarı vermək məcburiyyətində qalıb. Qiyamçılar avtomobil müfəttişi ilə birlikdə hər iki maşını götürərək hadisə yerindən qaçıblar. Yaxınlıqda maşın olmadığından Elxan bəyi vaxtında qəsəbədəki qospitala çatdıra bilməyiblər. Nəticədə Elxan bəy qanaxmadan dünyasını dəyişib. Elxan bəy beş qız atası idi.

Elxan bəy qətlə yetiriləndən bir neçə gün sonra Yaqub bəyə məlumat veriblər ki, onun avtomobili Ələt qəsəbəsinin yaxınlığında, Bakı-Qazax magistral yolda qəzaya düşüb və avtomobili sürən şəxsi yaralı vəziyyətdə Ələt qospitalına gətiriblər. Qospitala gələn Yaqub bəy yaralını görən kimi tanıyıb: Elxan bəyi öldürən qiyamçının yanındakı QAİ maşınında kefli vəziyyətdə oturan qiyamçı idi. Yaralı qiyamçının atası oğlunun Ələt qəsəbəsindəki cinayətlərin içtirakçısı olduğundan xəbər tutur və həmdə bilir ki, artıq Ələt qəsəbə sakinləri onun oğlunu tanıyırlar. Həmin gecə yaralı oğlunu qospitaldan qaçırdaraq evinə aparır.
Lakin, artıq cinayətkarların izinə düşülmüşdü. Yaralı qiyamçı Saatlı rayonun Seyidlər kəndindən Seyid ləqəbli adam olduğu bilinirdi və cinayətkarın atasıda tanınırdı. Yaqub bəy bir anda gözləmədən dövlət orqanlarını xəbərdar edir və cinayətkarın yaşadığı Seyidlər kəndinə gedir, cinayətkarı tapır və valideynlərini baş verən cinayətlə bağlı xəbərdar edərək övladlarını hüquq-mühavizə orqanlarına təslim etmələrini tələb edir. Yaralı cinayətkar etiraf edir ki, Ələt qəsəbəsində Elxan Dəmirovu avtomat silahla qətlə yetirən 20 iyunda Qaradağ ərazisinə daxil olan iki qiyamçı batalyondan birinin komandiri “Səddam” ləqəbli hərbiçidir. Yaqub bəy hadisə ilə bağlı hüquq mühavizə orqanlarına şikayət etsədə onlar heç bir tədbir görmürlər. Çünki cinayətkarlar qiyamçı baş nazirin Qaradağı zəbt edən batalyonlarından birinin komandiri “Səddam” ləqəbli Surətdin Səfərov idi və “döyüş batalyonuna” komandirlik edir, cangüdənlərin əhatəsində zirehli maşında gəzirdi. Heç bir polis cəsarət edib ona yaxın dura bilmir, heç bir prokuror ona sanksya verməyə cəsarət etmirdi. Bütün bu çətinliklər başda Yaqub bəy olmaqla Qaradağ çəbhəçilərini mübarizədən çəkindirmədi. Yaqub bəy Seyidlər kəndindəki cinayətkar və hüquq mühavizə orqanları ilə yaxından təmas quraraq S.Səfərovu həbs etdirə bildirir. Saatlıdan olan kefli qiyamçı boynuna götürür ki, S.Səfərovu aldadıb evinə gətirəcək və polis gəlib evdə onu həbs edə bilər. Elədə oldu. Saatlının Seyidlər kəndinə “qonaq” gətirilən S.Səfərov elə oradaca gecəyarı polis tərəfindən həbs edildi. Cinayətkarın həbsi ilə bağlı bütün fəaliyyət Yaqub bəyin planı və iştirakı ilə həyata keçirilmişdi.

Bir ildən sonra (21.06.1994) Hərbi tribunal hakim Ağaveyis Şahverdiyevin sədrliyi ilə S.Səfərovu 12 il həbs cəzasına məhkum etdi. Bütün məhkəmə prosesində iştirak edən Elxan Dəmirovun anası Dəmirova Sara xanım hər iclasda cinayətkar Səfərov Surətdinin üzünə tüpürür və hakimdən bu cinayətkara ən ağır cəzanın verilməsini tələb edirdi. Yeri gəlmişkən AXC-dən ictimayi müdafiəçilər üçün verilən vəsadət məhkəmə tərəfindən qəbul olunmadı. Çünki, AXC-ni göndərdiyi ictimai müdafiəçilər: Əlməmməd Nuriyev və Qüdrət Həsənquliyev məhkəmə iclaslarına gəlmədilər.

Onuda qeyd etmək yerinə düşər ki, 4 iyun 1993-cü il hərbi qiyamında dövlətçilik uğrunda şəhid olanlar Türkiyə Cümhuriyyətinin müxtəlif vəqfləri tərəfindən ödüllərlə təltif olundular. Ödül verilənlərin arasında Elxan Dəmirovda vardı. Elxan Dəmirovun adına verilən ödülü onun anası Sara xanıma Türkiyə Cümhuriyyətindən “Ülkü Ocaqları”nın nümayəndəsi Cəmul Akbulut təqdim etmişdi.

Ölümündən sonra Türkiyə vəqfləri tərəfindən Ödül təqdim edilmiş şəhidlər arasında: Zeynalov İkram Əli oğlu, Məmmədov Tahir Cəlal oğlu, Cəfərov Şahsultan Məmməd oğlu, Dəmirov Elxan Balaxan oğlu, Əliyev Etibar Böyükağa oğlu, Təhməzov Paşa, Məmmədov Salman və başqaları var idi. Ruhları şad olsun!

Sozcu.az