Dörd aydan çox komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

O, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Həkimlərin səylərinə baxmayaraq, C. Babəkin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Facebook Comments