DİQQƏT! Azərbaycanda bu qadağa da aradan qaldırılır

“İdman zalları və parklar açıla bilər”

“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.

Sozcu.az-ın xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Bulvar və digər parkların açılması məsələsi qarşıdakı həftələrdə müzakirə edilə bilər:

“Növbəti həftədə koronavirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zalların və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz prosesləri mərhələli şəkildə aparacağıq”, – deyə sədr əlavə edib

Facebook Comments