Diqqət Oqtay Gülalıyevə!!! Fondun pulu çatmır, Mübariz Mənsimovun cəsarəti

“Mübariz Mənsimovun köməkçisi Fidan xanım atamı xəstəxanada ziyarət edib, durumu ilə maraqlanıb. Anama bildirib ki, fond dəstəyini saxlasa belə Mübariz bəy Azərbaycan hakimiyyəti ilə münasibətini pisləşdirməmək üçün maləsəf Oqtay bəyə dəstək ola bilməyəcək”.

Sozcu.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib:

“Atam Oktay Gülalıyevin qara ciyərində geriləmə olduğu kimi, verilən dərmanlara görə böyrəklərində də problem yaranıb, keratinin səviyyəsi artıb. Bu səbəblərdən qanında və ağ ciyərində olan infeksiyalara qarşı edilən antibiotikləri saxlayıblar.

Onu da qeyd edim ki, sabah ayın 9-u Heydər Əliyev fondu ‘imkanları məhdud’ olması səbəbi ilə atamın müalicəsini dayandırıb, Bakıya qaytarmaq istəyirlər. Əlavə olaraq, 1 həftə öncə Mübariz Mənsimov`un köməkçisi Fidan xanım atamı xəstəxanada ziyarət edib, durumu ilə maraqlanıb. Anama bildirib ki, fond dəstəyini saxlasa belə Mübariz bəy Azərbaycan hakimiyyəti ilə münasibətini pisləşdirməmək üçün maləsəf Oqtay bəyə dəstək ola bilməyəcək. Əgər Fond həqiqətən də imkanların məhdud olması səbəbi ilə dəstək ola bilmirsə nəyə əsasən dəstək ola biləcək insanları təhdid edib, atama yardım etməyə qoymurlar?

Dərindən təəssüf hissi keçirirəm ki, indiyənə kimi ətrafında baş verən haqsızlıqların heç birinə biganə qalmayan, qanunsuzluqla üzləşən hər bir vətəndaşımızın yardımına qaçan atamın hazırda həyatda qalmaq uğrunda apardığı çabalara cəmiyyətimiz çox yüksək səviyyədə etinatsızlıq göstərir. Fondun atama göstərdiyi bu ögəy münasibət təkcə onun indiyənə kimi apardığı mübarizəyə görə yox, məhz, həm də insanlarımızın laqeyd olmasının təcəssümüdür!”

Facebook Comments