Diplopiya – cüt görmənin yaratdığı ciddi fəsadlar

Görmədəki dəyişikliklər daxili orqanların patologiyaları ilə sıx əlaqəlidir. Hipertoniya, birləşdirici toxuma patologiyaları, endokrin dəyişiliklər, baş beyin patologiyaları, infeksion xəstəliklər və s. görmə orqanında özünəməxsus dəyişiliklər yaradır. Bəzən bu hallar cüt görməyə (Diplopiya) gətirib çıxarır.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, cüt görməyə səbəb olan amillər bunlardır:

-Endokrin dəyişiliklər

-Şəkərli diabet

-Baş-beyin patologiyası

-İnfeksion xəstəliklər

-Metobolik xəstəliklər

-Vitamin A defisiti

Diplopiya beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Hər iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa, nevroloji bir pozulma olduğu düşünülməlidir. İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Göz əzələlərini cəlb edən xəstəliklərindən də iki görmə yarana bilir. Beyindən qaynaqlanan iki görmənin səbəbləri arasında beyin damarlarında yaranan bir sıra problemlər sayıla bilər.

Cüt görmə beyin şişi əlaməti ola bilər. Sözügedən durum ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bu zaman müayinə olunub, yaxınlaşan təhlükə barədə maariflənmək və vaxtında qarşısının alınması üçün addımlar atılmalıdır. Mütəxəssislər cüt görməni ciddiyə almaq barədə insanlara xəbərdarlıq edir. Bu əlamətlərin beyin şişi simptomlarının xəbərçisi olduğu ehtimalından da xəbər verir. Hətta daha ağır xəstəliklərin risk faktorları olması da ola bilər.

Çox sıx olaraq yüksək təzyiq və diabet kimi xəstəliklərə bağlı olaraq damarlarda tıxanmanın təsiri ilə və yaxud baş-beyin travması ilə də cüt görmə müşahidə edilir. Bu əlamətlərlə yanaşı, xəstə aşağı və yuxarı baxa bilmir, göz qapağı düşürsə, bu əlamətlər beyin şişi ehtimalını artırır. İki görmənin tək, yoxsa iki gözdə də olub-olmaması vacib amildir. Bu diqqətçəkən məqamlardandır. Həkimlərin sözlərinə görə, mütləq müayinə olunub təsdiqlənməlidir.

Cüt görmə iki gözdə də olmaya bilər. Biraz maili, nisbətən kölgəli ola bilər. Ən önəmlisi isə insanın tək gözü açıq olanda yox, hər iki gözü açıq olanda cüt görməsidir. Gözün biri bağlananda görüntü tək, hər iki göz açıq olanda isə cüt görüntü olursa, bu ciddi vəziyyətdir.

QEYD: Cüt görmə simptomunda əsla vaxt itirmək olmaz. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

Facebook Comments