Dilqəm Əsgərovun həyat yoldaşının pensiyasını kəsdilər

Artıq 6 ildir ki, erməni girovluğunda qalan soydaşımızın Dilqəm Əsgərovun oğlu (Dilqəm Əsgərov və Şahbaz Quliyev) Kürdoğlu Əsgərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən anasının pensiyasının kəsildiyini bildirib.

K.Əsgərov Mocderator.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib:

“Anam iki il yardımdır ikinci qrup olaraq pensiya alırdı. Amma bu gün bizə bildirirlər ki, ananızın pensiyası nazirlik tərəfindən kəsilib. Bunlar niyə bəs altı ildir erməni girovluğunda işgəncələrə məruz qalan Dilqəm Əsgərov kimi bir adamın həyat yoldaşının pensiyasını kəsirlər? Bunun səbəbini bilmək istəyirəm. Anam Firuzə Əsgərov 220 manat pensiya alırdı. Mən indi Şəmkir rayonunda yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindəyəm və burda bizə bu məlumatı Fəridə doktor verib. Xahiş edirəm hörmətli nazirimiz Sahil Babayev bizə köməklik etsin”.

Sozcu.az

Facebook Comments