Dilqəm Əsgərovun oğlu Cavid Qurbanovun qəbuluna düşə bilmir:”BƏZİ ŞƏRƏFSİZLƏR…”

Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin Kəlbəcər seçki dairəsindən seçilən deputatı Cavid Qurbanovun qəbuluna düşə bilmir.

Sozcu.az xəbər verir ki, bu barədə Kürdoğlu Əsgərov özünün feysbuk səhifəsində yazaraq, giley edib.

Həmin yazını təqdim edirik:

“Hörmətli deputatımız Cavid Qurbanovun qəbuluna necə girim? Nə qədər cəhd etsəm də, qəbula girə bilmirəm. Cavid müəllim özü bilsə ki, onun qəbulunda şəxsən olmaq istəyirəm, yaqin ki, məni qəbul edər. Əfsuslar olsun ki, bəzi şərəfsizlər imkan vermir ki, qəbula girim.

P.S. Mənim tək bir problemim var, o da atam Dilqəm!

Elşən Əlisoy