“Deyirlər ki, Kəmalə ilə evlən”

“Bizimki daha maraqlı, yeni və bahalı layihədir. Senari və obrazlar eynidir. Sadəcə, ad dəyişib”.

Sozcu.az xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov “1 Kişi, 1 qadın” layihəsi haqda danışarkən deyib. Tərəf müqabili Kəmalə Piriyeva ilə “Zaurla Günaydın” proqramına qonaq olan aktyor ekran işi ilə bağlı açıqlama verib. O bildirib ki, onların layihəsi rejissor Aqil M.Quliyevin “Ər və arvad”ından daha maraqlı və bahalıdır.

Elcan izləyicilərin ona Kəmalə ilə bağlı tez-tez suallar ünvanladığını bildirib:

“Serialdakı cütlüyü yaraşdırırlar. Tez-tez deyirlər ki, Kəmalə ilə evlən. Hətta biri o dəfə yazıb ki, al bunu dincəlsin”.(Axşam.az)

Facebook Comments